
Türkiyədə İstehlakçı güvən indeksi artıb
Türkiyə Statistika Təşkilatı (TÜİK) may ayı istehlakçı güvən indeksi məlumatlarını açıqlayıb.
Fins.az "Dünya Gazetesi"nə istinadən xəbər verir ki, istehlakçı güvən indeksi may ayında əvvəlki aya nisbətən 4% artıb.
Apreldə 87,5 olan indeks may ayında 91,1 olaraq qeyd edildi.
Zəminə Hüseyn
Fins.az