Türkiyədə illik inflyasiya 17,1%-dək sürətlənib

Türkiyədə illik inflyasiya 17,1%-dək sürətlənib

DÜNYA
426

Bu ilin aprel ayında Türkiyədə illik inflyasiya martda qeydə alınan 16,2%-dən 17,1%-dək sürətlənib.

Bununla da ölkədə istehlak qiymətləri ardıcıl olaraq yeddi ay artmaqdadır. Mütəxəssislər inflyasiyanın sürətlənməsinin əsas səbəbləri kimi, Türkiyə lirəsinin zəifləməsini və qlobal enerji qiymətlərinin artmasını göstərir.

Ayrıca qiymət artımlarına gəldikdə, illik ən yüksək bahalaşma nəqliyyat sektorunda (29,3%), ev əşyalarında (22,3%), səhiyyə sektorunda (19,2%), müxtəlif mal və xidmətlər sektorunda (18,3%) qeydə alınıb.

Aylıq göstəricilərə gəldikdə, ən yüksək aylıq qiymət artımı pomidorda qeydə alınıb. Sözügedən tərəvəz apreldə 24,9% bahalaşıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Türkiyədə illik inflyasiya 17,1%-dək sürətlənib — Fins.az — Fins.az