
Türkiyədə bu il təxminən 60 yeni xəstəxana açılacaq
Fins.az - Türkiyədə səhiyyə infrastrukturunun genişləndirilməsi çərçivəsində bu il təxminən 60 yeni xəstəxananın istifadəyə verilməsi planlaşdırılır.
2025-ci ildə ölkə üzrə artıq 30 yeni xəstəxana fəaliyyətə başlayıb.
Bu barədə Kamal Memişoğlu jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, yeni xəstəxanaların bir qismi böyük şəhərlərdə yerləşəcək və məqsəd səhiyyə xidmətlərinin əlçatanlığını artırmaqdır.