Türkiyədə ard-arda iki zəlzələ baş verib

Türkiyədə ard-arda iki zəlzələ baş verib

DÜNYA
314

Fins.az - Bu gün Türkiyənin iki vilayətində ardıcıl olaraq iki zəlzələ qeydə alınıb.

İlk zəlzələ yerli vaxtla saat 08:01-də Bingöl vilayətinin Yedisu rayonunda baş verib. 4,4 bal gücündə olan yeraltı təkanın ocağı 7 kilometr dərinlikdə yerləşib.

Təxminən 40 dəqiqə sonra isə Balıkesir vilayətinin Sındırgı rayonunda 3,1 bal gücündə zəlzələ qeydə alınıb. Bu təkanın ocağı 14,93 kilometr dərinlikdə olub.

Hadisələrlə bağlı Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Türkiyədə ard-arda iki zəlzələ baş verib — Fins.az — Fins.az