
Türkiyədə 15 yaşdan kiçiklər üçün sosial şəbəkələrə qadağa müzakirə olunur
Fins.az - Türkiyə parlamenti bu həftə 15 yaşdan kiçik şəxslər üçün sosial şəbəkələrin qadağan edilməsini nəzərdə tutan qanun dəyişikliklərini müzakirə edəcək. Müvafiq layihə artıq parlamentin aidiyyəti komissiyası tərəfindən təsdiqlənib.
Yeni qaydalara əsasən, sosial media platformaları 15 yaşdan aşağı istifadəçilərə xidmət göstərə bilməyəcək. 15 yaşdan yuxarı, lakin yetkinlik yaşına çatmayan istifadəçilər üçün isə xüsusi təhlükəsizlik tədbirləri ilə müşayiət olunan “ayrı xidmətlər” təqdim ediləcək.