Türkiyə zəlzələdən zərər çəkən Venesuelaya xilasedicilər göndərib

Türkiyə zəlzələdən zərər çəkən Venesuelaya xilasedicilər göndərib

DÜNYA
209

Fins.az - Türkiyənin Venesuelada zəlzələnin nəticələrinin aradan qaldırılmasına dəstək məqsədilə göndərdiyi humanitar yardım və xilasedici heyət paytaxt Karakasa çatıb.

Məlumata görə, yardım qrupunun tərkibinə 45 xilasedici, 4 axtarış-xilasetmə iti, 2 xüsusi nəqliyyat vasitəsi20 hərbi qulluqçu daxildir.

Xatırladaq ki, bundan əvvəl ABŞ, Meksika və Almaniya da Venesuelaya axtarış-xilasetmə qrupları və humanitar yardım göndəriblər.

Beynəlxalq yardım missiyaları ölkədə baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılması və zərərçəkənlərə dəstəyin göstərilməsi məqsədi daşıyır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Türkiyə zəlzələdən zərər çəkən Venesuelaya xilasedicilər göndərib — Fins.az — Fins.az