Türkiyə xarici investorlar üçün cəlbedici məkana çevriləcək

Türkiyə xarici investorlar üçün cəlbedici məkana çevriləcək

DÜNYA
446

Bakı, 10 dekabr Fins.az

Türkiyənin Xəzinədarlıq və Maliyyə naziri Lütfi Elvan bəyan edib ki, onun ölkəsi yerli və əcnəbi investorlar üçün əlverişli şərtlər təklif edir. Məqsəd Türkiyəni regionda geniş sahibkarlıq fəaliyyəti üçün “etibarlı liman”a çevirməkdir. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb

Nazir bu fikri Ankarada keçirilən Beynəlxalq İnvestisiya Forumunda (YASED) çıxışı zamanı səsləndirib. Onun sözlərinə görə, bir il əvvəl dünyada heç kim 2020-ci il üçün hazırkı ssenarini proqnozlaşdıra bilməzdi. Reallıq budur ki, dünya iqtisadiyyyatı heç vaxt üzləşmədiyi sərt çağırışlarla qarşı-qarşıyadır.

L.Elvan bu sözlərini konkret rəqəmlərlə əsaslandırıb. Qeyd edib ki, qlobal iqtisadi balans ciddi “çat”verib. İlin sonuna kimi dünyaticarətinin 9,2 faiz azalacağı gözlənilir. Beynəlxalq investisiyaların həcmi artıq 40 faiz aşağı enib. 2020-ci ildə qlobal iqtisadiyyat, bütövlükdə 4,4 faiz azalacaq. Ən güclü zərbə isə turizm və xidmət sektorlarına dəyib. Nazir ümid etdiyini bildirib ki ki, Türkiyə tezliklə investorlar üçün cəlbedici bir məkana çevriləcək.

Tədbirdə Türkiyənin Ticarət naziri Ruxsar Pekcan da çıxış edib. O, bildirib ki, ölkəsinin istisnasız olaraq bütün 81 regionu potensial investorlar üçün əlverişli bölgələr sayıla bilər. Bu günlərdə Türkiyənin 70 regionunda aparılan sorğular nəticəsində bəlli olub ki, bir çox bölgələrdə xarici bazarlara çıxmaq imkanı olmayan yüzlərlə firma mövcuddur. Hökumət həmin firmalara hərtərəfli yardım göstərmək əzmindədir. Türkiyə hökuməti hazırda ölkənin gömrük sisteminin təkmilləşdirilməsi istiqamətində geniş tədbirlər görür. Bundan başqa, virtual yarmarkaların, eləcə də “Easy Export” (“Asan İxrac”) platformalarının yaradılması istiqamətində konkret addımlar atılır. R.Pekcan həmçinin qeyd edib ki, Türkiyə qarşıdakı illər ərzində ixrac olunan məhsulların ilkin emalına da böyük önəm verəcək

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...