Türkiyə valyuta böhranı yaşayır: Yaponiya və İngiltərədən kömək istəyir

Türkiyə valyuta böhranı yaşayır: Yaponiya və İngiltərədən kömək istəyir

DÜNYA
1,005

Türkiyə koronavirus səbəbindən yeni valyuta böhranı yaşayır.

Fins.az “Bloomberg”ə istinadən xəbər verir ki, Türkiyədə ixracat qazancının kəskin azalması və turizm sənayesində fəaliyyətsizliyi valyuta böhranına gətirib çıxarıb.

“Habertürk”ün mumatına görə, Ankara Yaponiya və İngiltərə ilə 20 milyard dollarlıq mübadilə xətti barədə danışıqlar aparmağa çalışıb. Razılaşmanın Yaponiyanın Baş naziri Şinzo Abenin Türkiyəyə səfəri zamanı baş tutacağı gözlənilirdi, ancaq reallaşmadı.

Türkiyənin köməyinə Qətər çatdı. Ankara ilə artıq mübadilə müqaviləsi olan Qətər may ayında məbləği üçqat artıraraq, 15 milyard dollara qədər kömək edib. Bununla da, Türkiyə lirəsinin çökməsinə imkan verməyib.

Hazırda Türkiyə ilə eyni taleyi yaşayan 10 ölkənin siyahısını təqdim edirik:

1. Argentina

2. Türkiyə

3. CAR

4. Çili

5. Macarıstan

6. Braziliya

7. Çin

8. Hindistan

9. Rusiya

10. Tailand

Tuncay Türbəndəzadə

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Türkiyə valyuta böhranı yaşayır: Yaponiya və İngiltərədən kömək istəyir — Fins.az — Fins.az