Türkiyə NATO üçün Rumıniyaya qədər uzanan yanacaq kəməri təklif edib

Türkiyə NATO üçün Rumıniyaya qədər uzanan yanacaq kəməri təklif edib

DÜNYA
286

Fins.az - Türkiyə NATO-nun şərq cinahında enerji və logistika təhlükəsizliyini gücləndirmək məqsədilə yeni yanacaq kəməri layihəsi təklif edib.

Rumıniyanın Știrile ProTV telekanalının Agerpresə istinadən verdiyi məlumata görə, layihə Türkiyədən başlayaraq Bolqarıstan üzərindən Rumıniyaya qədər uzanan yeni hərbi yanacaq marşrutunun yaradılmasını nəzərdə tutur.

Bildirilir ki, kəmər NATO qüvvələrinin regiondakı hərbi bazaları və logistika mərkəzlərinin yanacaq təminatında mühüm rol oynaya bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Türkiyə NATO üçün Rumıniyaya qədər uzanan yanacaq kəməri təklif edib — Fins.az — Fins.az