
Türkiyə balıqçı gəmisinə hücum edilib: bir nəfər həlak olub
Fins.az - Qara dənizin Türkiyə sektorunda balıqçı gəmisinə edilən hücum nəticəsində bir nəfər həlak olub, dörd nəfər isə yaralanıb.
Məlumata görə, hadisə Krımın qərbində, Sevastopol sahilləri yaxınlığında baş verib. Hücuma məruz qalan “Duru 67” adlı balıqçı gəmisi sonradan batıb.
Hadisədən sonra əraziyə Türkiyə Sahil Mühafizəsinin gəmisi və tibbi briqada göndərilib. Xilasetmə əməliyyatı zamanı həlak olan şəxsin meyiti və yaralılar sahil mühafizə gəmisinə təhvil verilib.
Hadisənin səbəbləri və hücumu törədən şəxslərlə bağlı araşdırma aparılır.