Tramp Vaşinqtonda “dünyanın ən böyük zəfər tağı”nı tikməyi planlaşdırır

Tramp Vaşinqtonda “dünyanın ən böyük zəfər tağı”nı tikməyi planlaşdırır

DÜNYA
345

Fins.az - ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda “dünyanın ən böyük və ən gözəl zəfər tağı”nın tikintisini planlaşdırdığını açıqlayıb.

O, “Truth Social” platformasında layihənin dizaynını təqdim edərək bildirib ki, administrasiyası bu təşəbbüslə bağlı planları ABŞ İncəsənət Komissiyasına rəsmi şəkildə təqdim edib.

Paylaşılan görüntülərə əsasən, layihə Harrison Design tərəfindən hazırlanıb və qızılı elementlərlə bəzədilmiş monumental tağı, üst hissəsində isə qartal fiqurları və “Azadlıq” heykəlini xatırladan detalları ehtiva edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Tramp Vaşinqtonda “dünyanın ən böyük zəfər tağı”nı tikməyi planlaşdırır — Fins.az — Fins.az