Tramp “Palantir”in süni intellekt texnologiyalarını yüksək qiymətləndirib

Tramp “Palantir”in süni intellekt texnologiyalarını yüksək qiymətləndirib

DÜNYA
556

Fins.az - ABŞ Prezidenti Donald Tramp “Palantir” şirkətinin süni intellekt texnologiyalarını yüksək qiymətləndirib.

O, “Truth Social” platformasında paylaşım edərək bildirib ki, şirkət müasir müharibə şəraitində istifadə üçün güclü texnoloji alətlərə malikdir.

2003-cü ildə sahibkar Piter Tilin rəhbərlik etdiyi investorlar tərəfindən yaradılan “Palantir” məlumatların emalı və analitikası sahəsində fəaliyyət göstərir. Şirkətin texnologiyaları ABŞ və digər ölkələrin təhlükəsizlik qurumları tərəfindən geniş istifadə olunur.

Məlumatlara görə, “Palantir”in alqoritmləri müxtəlif terror şəbəkələrinin aşkarlanmasında tətbiq edilib. Həmçinin ABŞ hərbçilərinin Yaxın Şərqdə hədəflərin müəyyənləşdirilməsi üçün şirkətin süni intellekt platformalarından istifadə etdiyi bildirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Tramp “Palantir”in süni intellekt texnologiyalarını yüksək qiymətləndirib — Fins.az — Fins.az