
Tramp İlon Maskla aralarında kiçik fikir ayrılığı olduğunu bildirib
Fins.az - ABŞ Prezidenti Donald Trump amerikalı sahibkar Elon Musk ilə aralarında kiçik fikir ayrılığı yaşandığını etiraf edib.
O, bu barədə CNBC telekanalına müsahibəsində danışıb.
Tramp fikir ayrılığına baxmayaraq, Elon Musk ilə münasibətlərinin çox yaxşı olduğunu vurğulayıb.
Qeyd edək ki, Mask Tesla və SpaceX şirkətlərinin baş icraçı direktorudur.