Tramp Alkatrazın bərpası üçün Konqresdən 152 milyon dollar istəyir

Tramp Alkatrazın bərpası üçün Konqresdən 152 milyon dollar istəyir

DÜNYA
352

Fins.az - ABŞ Prezidenti Donald Tramp 2027-ci il büdcə təklifində San-Fransisko körfəzindəki Alkatraz həbsxanasının bərpası üçün Konqresdən 152 milyon dollar ayrılmasını xahiş edib.

Bu təşəbbüs 2025-ci ildə irəli sürülmüş layihənin ilk konkret mərhələsi olub və qocalmış həbsxanaların modernləşdirilməsi planının bir hissəsidir.

Layihə çətinliklərlə üzləşir: Alkatraz hazırda məşhur turizm məkanıdır və uzun illər istifadəsiz qaldığı üçün infrastrukturu yararsız vəziyyətdədir. San-Fransisko şəhər rəhbərliyi də həbsxananın yenidən açılmasını məqsədəuyğun hesab etmir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Tramp Alkatrazın bərpası üçün Konqresdən 152 milyon dollar istəyir — Fins.az — Fins.az