
Tramp: ABŞ qüvvələri İran ətrafında qalacaq
Fins.az - ABŞ Prezidenti Donald Tramp bildirib ki, razılaşmanın şərtləri tam yerinə yetirilənədək ABŞ hərbi qüvvələri İranın ətrafında qalacaq.
Onun sözlərinə görə, bu addım təhlükəsizliyin təmin olunması və əldə edilmiş razılaşmanın icrasına nəzarət məqsədi daşıyır.
Qeyd edək ki, ABŞ ilə İran arasında müvəqqəti atəşkəs razılığı əldə olunub və tərəflər gərginliyin azaldılması istiqamətində addımlar atır.