
TikTok və Pinterest Rusiyada cərimələnib
Fins.az - Moskvanın Taganski məhkəməsi TikTok və Pinterest platformalarını qanunvericiliyi pozmaqda təqsirli bilib.
Qərara əsasən, TikTok şirkəti 7 milyon rubl, Pinterest isə 3,5 milyon rubl məbləğində cərimələnib.
Məhkəmə qərarında qeyd olunub ki, hər iki platforma sosial şəbəkə sahiblərinin öhdəliklərini yerinə yetirmədiyinə görə inzibati məsuliyyətə cəlb edilib.
Pozuntular müvafiq olaraq inzibati xətalar məcəlləsinin sosial şəbəkələrin fəaliyyətini tənzimləyən maddələri üzrə qiymətləndirilib.