TikTok ABŞ- da 380 mindən çox videonu silib

TikTok ABŞ- da 380 mindən çox videonu silib

DÜNYA
537

Çin şirkəti TikTok, ABŞ istifadəçiləri tərəfindən nifrət oyatmaq üçün yerləşdirilən 380 mindən çox videonu silib. Bu barədə cümə axşamı TikTok-un yayımladığı press-relizdə bildirilib.

"Biz TikTok olaraq nifrətə dözmürük. Müəyyən olunduğu kimi nifrət dolu məzmunu, o cümlədən irqi motivli təhqirləri platformamızdan çıxarırıq.2020-ci ilin əvvəlindən bu yana ABŞ-da 380.000-dən çox videonu nifrət və təhqirə qarşı siyasətimizin tələblərini pozduğuna görə sildik.
Sosial şəbəkənin mətbuat xidməti, ABŞ-dakı 1300 istifadəçi hesabının TikTok siyasətini pozduğuna görə bloklandığını və nifrətə səbəb olan 64 mindən çox şərhin də silindiyini bildirib.

Müəllif:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
TikTok ABŞ- da 380 mindən çox videonu silib — Fins.az — Fins.az