Tesla Model S və Model X üçün vida “Signature” versiyalarını təqdim edib

Tesla Model S və Model X üçün vida “Signature” versiyalarını təqdim edib

DÜNYA
301

Fins.az - ABŞ istehsalçısı Tesla Model S və Model X elektromobilləri üçün xüsusi “Signature” adlı vida versiyalarını təqdim edib.

Aprelin əvvəlində Kaliforniyanın Frimont şəhərində yerləşən zavodda bu modellərin istehsalı başa çatdırılıb. Son buraxılan avtomobillər arasında 350 ədəd eksklüziv “Signature” versiyası da yer alıb və onlar VIP müştərilərə təklif olunub.

Yeni versiyanın qiyməti 159 420 dollar təşkil edir. “Signature” adı Tesla Model S modelinin 2012-ci ildə bazara çıxışı zamanı da istifadə olunmuşdu. Həmin dövrdə bu xüsusi seriya 1000 ədəd tirajla istehsal edilmiş və qiyməti təxminən 100 min dollar idi.

Model X də eyni platformada qurulduğu üçün o da “Signature” adlı vida versiyasını alıb. Hər iki modelin bazarı eyni vaxtda tərk etdiyi qeyd olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Tesla Model S və Model X üçün vida “Signature” versiyalarını təqdim edib — Fins.az — Fins.az