
Təşkentdə Amir Timura həsr olunmuş beynəlxalq konfrans başlanıb
Fins.az - Özbəkistanda Amir Timura həsr olunan və onun 690 illik yubileyinə nəzərdə tutulan beynəlxalq elmi konfrans açılıb. Forum Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə təşkil olunub. Tədbirdə 20-dən çox ölkədən 300-dən artıq alim, ekspert, diplomat və ictimaiyyət nümayəndəsi iştirak edir. Beynəlxalq təşkilatlar, elmi mərkəzlər, universitetlər, muzeylər və kitabxanaların nümayəndələri konfransda iştirak edərək regionun tarixi-mədəni irsinə artan qlobal marağı nümayiş etdirirlər. Prezident Şavkat Mirziyoyevin salamları dövlət müşaviri, xalq yazıçısı Xayriddin Sultanov tərəfindən oxunub.