Tayson Fyuri Londonda Arslanbek Məhmudovu məğlub etdi

Tayson Fyuri Londonda Arslanbek Məhmudovu məğlub etdi

DÜNYA
342

Fins.az - Böyük Britaniyalı sabiq dünya çempionu Tayson Fyuri Londonda keçirilən döyüşdə rusiyalı boksçu Arslanbek Məhmudovu məğlub edib.

12 raund davam edən qarşılaşmanın nəticəsinə əsasən, hakimlər yekdil qərarla qələbəni Fyuriyə veriblər.

Fyuri karyerasında əvvəllər WBC, WBO, WBA və IBF çempionluq kəmərlərinə sahib olub. O, 2024-cü ilin dekabrında Oleksandr Usykə uduzduqdan sonra karyerasını bitirdiyini açıqlasa da, sonradan rinqə qayıdacağını bildirib.

Bu qələbə ilə 37 yaşlı britaniyalının peşəkar rekordu 35 qələbə (24 nokaut), 2 məğlubiyyət və 1 heç-heçə olub. Arslanbek Məhmudov isə 21 qələbə (19 nokaut) və 3 məğlubiyyətə sahibdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Tayson Fyuri Londonda Arslanbek Məhmudovu məğlub etdi — Fins.az — Fins.az