Taxıl daşıyan daha 2 gəmi Ukraynadan yola düşüb

Taxıl daşıyan daha 2 gəmi Ukraynadan yola düşüb

DÜNYA
304

Milli Müdafiə Nazirliyi taxıl daşıyan daha 2 gəminin Ukraynanı tərk etdiyini bildirib.

"Fins.az Nazirliyin açıqlamasında bildirilir ki, Birgə Koordinasiya Mərkəzinin işi çərçivəsində Ukrayna limanlarından taxıl daşınması davam edir.

Bu gün səhər saatlarında İtaliyaya 11 min ton soya daşıyan SACURA gəmisi Yuznidən, 48 min 458 ton qarğıdalı daşıyan ARİZONA gəmisi isə Çernomorskdan İskəndərə yola düşüb.

Digər tərəfdən, dünən Ukrayna limanlarından yola düşən və İstanbula səfərini davam etdirən 4 gəmi bu gün axşam saatlarında İstanbulda lövbər salacaq və sabah yoxlamaya məruz qalacaq.

Müəllif: Aynur Qəniyeva 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Taxıl daşıyan daha 2 gəmi Ukraynadan yola düşüb — Fins.az — Fins.az