
Süni intellektin sosial-iqtisadi sistemlərə təsiri və dayanıqlı inkişafda rolu müzakirə olunub
Fins.az - İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Şahin Sadıqov süni intellektin müasir dövrdə sosial-iqtisadi sistemlərə təsiri və dayanıqlı inkişafda rolu ilə bağlı fikirlərini bölüşüb.
Məqalədə qeyd olunur ki, süni intellekt artıq yalnız texnoloji yenilik kimi deyil, həm də yeni sosial-iqtisadi münasibətlərin formalaşmasına təsir edən mühüm amil kimi çıxış edir.
Təhlildə süni intellekt texnologiyalarının məhsuldarlığın artırılması, idarəetmənin təkmilləşdirilməsi, innovasiyaların sürətləndirilməsi və iqtisadi inkişafın dəstəklənməsi baxımından əhəmiyyəti vurğulanır.