Sudan humanitar aclıq böhranı ilə üzləşib – 19 milyondan çox insan risk altında

Sudan humanitar aclıq böhranı ilə üzləşib – 19 milyondan çox insan risk altında

DÜNYA
412

Fins.az - Sudanda davam edən münaqişə nəticəsində ölkə miqyasında ciddi humanitar aclıq böhranı yaşanır.

BMT-nin Ümumdünya Ərzaq Proqramının məlumatına görə, 19 milyondan çox insan kəskin ərzaq çatışmazlığı ilə üz-üzədir. Təxminən 45 milyon əhalisi olan ölkədə vəziyyətin pisləşməsi əsasən davam edən silahlı qarşıdurmalarla əlaqələndirilir.

Qeyd olunur ki, proqramın Xartumdakı ofisi yenidən fəaliyyətə başlayıb. Təşkilat münaqişə dövründə fəaliyyətini Port Sudan şəhərindən həyata keçirirdi.

Qurum rəsmiləri bildirirlər ki, paytaxtda son aylara nisbətən müəyyən müsbət dəyişikliklər müşahidə olunur: hava limanı işləyir, insanların hərəkətliliyi artıb və sakinlər tədricən evlərinə qayıtmağa başlayır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sudan humanitar aclıq böhranı ilə üzləşib – 19 milyondan çox insan risk altında — Fins.az — Fins.az