Stiv Cobsun yazdığı reklam nüsxəsi rekord qiymətə satılıb

Stiv Cobsun yazdığı reklam nüsxəsi rekord qiymətə satılıb

DÜNYA
1,389

Stiv Cobsun şəxsi əşyaları və ya işlədiyi müddətdə yaratdığı məhsullar hərrac yolu ilə rekord qiymətə satılır. 

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, Stiv Cobsun 1976-cı ilin mart ayında Apple-1 kompüteri üçün reklamının mətni bu həftə hərracda 175.000 dollara satılıb.

Bu günə qədər ən yüksək qiymətə satılan kağız parçası idi. Apple-1 kompüterinin özü hərracda 400 min dollara satılıb.

Stiv Cobs reklam nüsxəsini notebook səhifəsində yazıb. Cobs kompüterin texniki xüsusiyyətlərindən danışarkən onun potensialı haqqında öz şərhlərini əlavə edib. Apple-1 kompüterində 8K RAM, daxili klaviatura və video çıxışı kimi xüsusiyyətlər var idi.

Zəminə Hüseyn
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Stiv Cobsun yazdığı reklam nüsxəsi rekord qiymətə satılıb — Fins.az — Fins.az