Stellantis yeni inkişaf strategiyasını təqdim edib

Stellantis yeni inkişaf strategiyasını təqdim edib

DÜNYA
439

Fins.az - Stellantis “FaSTLAne 2030” adlı yeni beşillik inkişaf strategiyasını təqdim edib.

Şirkət proqram çərçivəsində ümumilikdə 60 milyard avro sərmayə yatırmağı planlaşdırır. Bunun 24 milyard avrosu yeni avtomobil modellərinin hazırlanmasına yönəldiləcək.

Strategiyaya əsasən, yaxın illərdə 60 yeni model təqdim olunacaq və vahid STLA One platformasından geniş istifadə ediləcək.

Korporasiya ötən il qeydə alınan böyük maliyyə itkilərindən sonra bərpa mərhələsinə keçdiyini açıqlayıb. Yeni strategiya şirkətin baş direktoru Antonio Filosa rəhbərliyi altında həyata keçiriləcək.

Şirkət əvvəlki rəhbərlik dövründə elektromobillərə həddindən artıq böyük ümidlərin bəslənməsinin səhv addım olduğunu etiraf edib. Buna görə yeni yanaşmada daxiliyanma mühərrikli və hibrid modellərə də diqqətin artırılması nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Stellantis yeni inkişaf strategiyasını təqdim edib — Fins.az — Fins.az