“Starlink” peyklərinin sayı 10 mini keçib

“Starlink” peyklərinin sayı 10 mini keçib

DÜNYA
302

Fins.az - “SpaceX” şirkətinin “Starlink” layihəsi çərçivəsində orbitdə fəaliyyət göstərən internet peyklərinin sayı 10 mini ötüb.

Son buraxılan peyk qrupu ilə birlikdə aktiv peyklərin sayı 10 min 20-yə çatıb. Şirkətin məlumatına görə, 2019-cu ilin may ayından etibarən ümumilikdə 11 min 500-dən çox peyk orbitə göndərilib. Onlardan bir qismi artıq sıradan çıxıb və ya orbitdən çıxarılıb.

Dünyanın ən böyük peyk operatorlarından biri olan “SpaceX” layihə çərçivəsində ümumilikdə 12 minə yaxın mini-peykin orbitə yerləşdirilməsini planlaşdırır. Layihənin dəyəri təxminən 10 milyard dollar qiymətləndirilir və məqsəd dünyanın istənilən nöqtəsində genişzolaqlı internetə çıxışı təmin etməkdir.

Şirkət gələcək mərhələdə “Starlink” peyk qruplaşmasını daha da genişləndirərək onların sayını 34 minə çatdırmağı hədəfləyir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Starlink” peyklərinin sayı 10 mini keçib — Fins.az — Fins.az