Spirit Airlines maliyyə çatışmazlığı səbəbindən uçuşları dayandıra bilər

Spirit Airlines maliyyə çatışmazlığı səbəbindən uçuşları dayandıra bilər

DÜNYA
412

Fins.az - Spirit Airlines maliyyə çatışmazlığı səbəbindən fəaliyyətini dayandırmaq riski ilə üzləşib.

Məlumata görə, şirkət ABŞ hakimiyyəti ilə maliyyə dəstəyi üzrə razılıq əldə edə bilməyib və onun əməliyyatları davam etdirmək üçün lazım olan vəsaitləri demək olar ki, tükənib.

Bildirilir ki, mövcud vəziyyət davam edərsə, aviaşirkət artıq mayın 2-si səhər saatlarından etibarən uçuşları dayandıra bilər.

Bununla belə, şirkət rəhbərliyi mümkün bağlanma ilə bağlı məlumatları şərh etməkdən imtina edib və fəaliyyətin hazırda adi rejimdə davam etdiyini bildirib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Spirit Airlines maliyyə çatışmazlığı səbəbindən uçuşları dayandıra bilər — Fins.az — Fins.az