
“SpaceX” səhmləri kəskin ucuzlaşıb: bazar dəyərində 400 milyard dollar azalma
Fins.az - SpaceX-ın səhmləri son 24 saat ərzində kəskin şəkildə ucuzlaşıb və şirkətin bazar dəyərində böyük azalma qeydə alınıb.
Məlumata görə, səhmlər 16,43 faiz düşərək 185 dollardan 154,60 dollara enib. Nəticədə şirkətin bazar kapitallaşmasında təxminən 400 milyard dollar itki baş verib.
Bu enişdən sonra Elon Muskin rəhbərlik etdiyi şirkətin ümumi dəyəri 2,437 trilyon dollardan 2,037 trilyon dollara qədər azalıb.
Analitiklər bu dəyişməni qlobal texnologiya bazarında risklərin artması və investorların daha ehtiyatlı davranması ilə əlaqələndirirlər.