SpaceX IPO vasitəsilə rekord məbləğdə vəsait cəlb etməyi planlaşdırır

SpaceX IPO vasitəsilə rekord məbləğdə vəsait cəlb etməyi planlaşdırır

DÜNYA
163

Fins.az - ABŞ-nin kosmik texnologiyalar şirkəti SpaceX ilkin kütləvi səhm təklifi (IPO) çərçivəsində rekord həcmdə vəsait cəlb etməyi planlaşdırır.

Məlumata görə, şirkət hər biri 135 dollar olmaqla 555,6 milyon səhm satmağı nəzərdə tutur. Bu halda cəlb olunacaq vəsaitin həcmi təxminən 75 milyard dollar təşkil edə bilər.

Mənbələrin bildirdiyinə görə, şirkətin ümumi bazar dəyərinin 1,75 trilyon dollar səviyyəsində qiymətləndirilməsi nəzərdə tutulur.

IPO prosesi çərçivəsində investorlarla görüşlərin iyunun 4-də başlanacağı gözlənilir. Bildirilir ki, SpaceX artıq potensial investorlarla bir sıra ilkin danışıqlar aparıb.

Əgər plan reallaşarsa, bu, dünya maliyyə bazarlarında ən iri IPO-lardan biri kimi tarixə düşə bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
SpaceX IPO vasitəsilə rekord məbləğdə vəsait cəlb etməyi planlaşdırır — Fins.az — Fins.az