Şoyqu Akarla taxıl müqaviləsi məsələlərini yenidən müzakirə etdi

Şoyqu Akarla taxıl müqaviləsi məsələlərini yenidən müzakirə etdi

DÜNYA
1,106

Rusiyanın müdafiə naziri Sergey Şoyqu türkiyəli həmkarı Hulusi Akar ilə taxıl müqaviləsini müzakirə edib.

“Fins.az” xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

“Noyabrın 1-də Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu Türkiyə tərəfinin təşəbbüsü ilə Türkiyə Respublikasının Müdafiə naziri Hulusi Akar ilə telefon danışığı aparıb”, - nazirlikdən bildirilib.

Rusiya Müdafiə Nazirliyi “Qara dəniz taxıl təşəbbüsü çərçivəsində Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracına dair sazişlərin icrasını Rusiya tərəfinin dayandırması” mövzusunun müzakirəsinin davam etdirildiyini qeyd edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Şoyqu Akarla taxıl müqaviləsi məsələlərini yenidən müzakirə etdi — Fins.az — Fins.az