
Sorğu: Britaniyalıların 38 faizi gələcək Baş naziri tanımır
Fins.az - Böyük Britaniyada keçirilən yeni ictimai rəy sorğusuna əsasən, respondentlərin 38 faizi iyulun 20-də Baş nazir vəzifəsinin icrasına başlayacaq Endi Börnhamı tanıya bilməyib.
“The Independent” qəzeti üçün “JL Partners” şirkətinin keçirdiyi sorğuda iştirakçılara Endi Börnhamın fotosu göstərilərək onun kim olduğu soruşulub. Nəticələrə görə, respondentlərin təxminən beşdə ikisi onun adını düzgün qeyd edə bilməyib.
Sorğunun müəllifləri bildirirlər ki, bu göstərici təxminən 18 milyon seçicinin gələcək Baş naziri tanımadığına işarə edir.