Sorğu: Böyük Britaniyada gənclərin yarısı müharibədə iştirak etmək istəmir

Sorğu: Böyük Britaniyada gənclərin yarısı müharibədə iştirak etmək istəmir

DÜNYA
304

Fins.az - Böyük Britaniyada aparılan yeni sorğu ölkə gənclərinin müharibəyə münasibətində diqqətçəkən nəticələr ortaya çıxarıb.

16–29 yaş aralığında 2 min nəfərin iştirak etdiyi araşdırmaya əsasən, respondentlərin 50 faizi heç bir halda silaha sarılmaq istəmədiyini bildirib.

Yalnız 38 faiz gənc müəyyən şərtlər altında ölkənin müdafiəsi üçün döyüşməyə hazır ola biləcəyini qeyd edib. Avropa uğrunda müharibədə iştirak etməyə hazır olanların payı isə 32 faizə qədər enib.

Sorğuda həmçinin gənclərin müharibələrə yanaşmasının daha ehtiyatlı və skeptik olduğu vurğulanır. Bir çox respondent müasir münaqişələri mənasız və ya siyasi motivli hesab edir.

Eyni zamanda, həyat səviyyəsi ilə bağlı gözləntilərdə də azalma müşahidə olunub — valideynlərindən daha yaxşı yaşayacaqlarına inananların sayı 63 faizdən 36 faizə düşüb. Gənclər daha çox yaşayış xərcləri və sosial problemlərin həllini prioritet hesab edirlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sorğu: Böyük Britaniyada gənclərin yarısı müharibədə iştirak etmək istəmir — Fins.az — Fins.az