Slovakiya xarici avtomobillər üçün dizel qiymətlərini yenidən artırıb

Slovakiya xarici avtomobillər üçün dizel qiymətlərini yenidən artırıb

DÜNYA
268

Fins.az - Slovakiya xarici qeydiyyatlı avtomobillər üçün dizel yanacağının qiymətini son bir həftədə ikinci dəfə artırıb. Aprelin 3-dən etibarən bu kateqoriya üçün bir litr dizelin qiyməti 2,063 avro olacaq.

Qeyd edək ki, martın 23-də tətbiq olunan ilkin qiymət 1,826 avro idi, daha sonra isə 2,012 avroya qaldırılmışdı.

Eyni zamanda, yerli sürücülər üçün dizelin orta qiyməti 1,70 avro səviyyəsində saxlanılır. Bu addımın məqsədi xarici sürücülərin ucuz yanacaq üçün ölkəyə axınının qarşısını almaq və daxili bazarı qorumaqdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Slovakiya xarici avtomobillər üçün dizel qiymətlərini yenidən artırıb — Fins.az — Fins.az