Siqaretlərə görə aksiz vergiləri 2021-ci ildə 20% artırıla bilər

Siqaretlərə görə aksiz vergiləri 2021-ci ildə 20% artırıla bilər

DÜNYA
878

Rusiyanın Maliyyə Nazirliyi, Vergi Məcəlləsinə siqaret, tütün məmulatı və elektron siqaretdən alınan aksiz vergilərinin 2021-ci ildə 20% artmasını nəzərdə tutan bir dəyişiklik layihəsi hazırlayıb.
Fins.az RBC-ya istinadən xəbər verir ki, Maliyyə Nazirliyi rəsmisi bildirib ki,aksiz vergilərində plandan kənar bir artım, pandemiyanın yayılması ilə əlaqəli mövcud iqtisadi vəziyyət səbəbindən büdcə xərclərinin artması qarşısında dövlətin sosial öhdəliklərinin yerinə yetirilməsini təmin edəcək.

Dəyişikliklər layihəsi qanunvericilik fəaliyyəti komissiyası tərəfindən təsdiqləndi və hökumət iclasında baxılacaq.

Müəllif:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Siqaretlərə görə aksiz vergiləri 2021-ci ildə 20% artırıla bilər — Fins.az — Fins.az