Sinqapur 5G-nin kütləvi sınaqlarına başladı

Sinqapur 5G-nin kütləvi sınaqlarına başladı

DÜNYA
557

Sinqapur telekommunikasiya korporasiyası Singtel yeni nəsil 5G rabitəsinin sınaqlarına başlayıb. İndiyə qədər şirkətin dediyi kimi xidmət yalnız şəhər əyalətinin müəyyən bölgələrində mövcud olacaq.

Fins.az "TASS"-a istinadən xəbər verir ki,sınaqlar üç ay davam edəcək və təcrübədə ilk iştirak edən 20.000 Singtel müştərisi üçün pulsuz olacaq. Testin qalan hissəsi ayda 10 Sinqapur dollarına (7,3 dollar) başa gələcək. İştirak etmək üçün istifadəçilərdə 5G rabitəsini dəstəkləyən telefonlar olmalıdır.

Şirkət ayrıca 5G sürətinin saniyədə 200 meqabitdən 1 gigabitə, şəbəkədəki sürətin saniyədə 58 meqabit olacağını da bildirib.

Ölkə rəhbərliyi 2025-ci ilədək Sinqapurun bütün ərazisini yeni nəsil rabitə sistemi ilə əhatə etməyi planlaşdırır. Singtel-dən əlavə, digər iki yerli operator StarHub və M1-dən ibarət bir konsorsium da yeni şəbəkəni yerləşdirmək üçün lisenziya alıb.

Müəllif:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sinqapur 5G-nin kütləvi sınaqlarına başladı — Fins.az — Fins.az