Siemens artımını ilin ikinci rübündə də davam etdirib

Siemens artımını ilin ikinci rübündə də davam etdirib

DÜNYA
602

Siemens AG 2023-cü ilin ikinci rübündə də güclü artım tempini qoruyub.

Fins.az "Dünya Gazetesi"nə istinadən xəbər verir ki, Siemens 2023-cü ilin 2-ci rübündə gəlirini müqayisəli əsasda 15 faiz artıraraq 19,4 milyard avroya (2022-ci ilin 2-ci rübü: 17 milyard avro) çatdırıb.

Sifarişlər də müqayisəli əsasda 15 faiz artaraq 23,6 milyard avroya (2022-ci rüb: 21 milyard avro) çatıb ki, bu da əsasən Nəqliyyat biznesində ən yüksək rüblük sifariş qəbulundan qaynaqlanır. 

Zəminə Hüseyn
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Siemens artımını ilin ikinci rübündə də davam etdirib — Fins.az — Fins.az