
Sevastopolda doqquz yanacaqdoldurma məntəqəsində yanacağın sərbəst satışı bərpa olunub
Fins.az - Sevastopolda “Atan” yanacaqdoldurma məntəqələri şəbəkəsinə məxsus doqquz məntəqədə yanacağın sərbəst satışına icazə verilib.
Məlumata görə, şəhər qubernatoru Mixail Razvojayev bildirib ki, saat 10:00-dan etibarən həmin məntəqələrdə Aİ-92, Aİ-95 Ultra, Aİ-100 markalı benzin və DT Ultra dizel yanacağı sərbəst şəkildə satılır.
Yarımadanın digər iri yanacaqdoldurma məntəqələri şəbəkəsi olan TES isə yanacaq satışını yalnız əvvəlcədən verilmiş QR kodlar əsasında həyata keçirir.