Səudiyyə şahzadəsi 5 milyard dollarlıq investisiyanın istiqamətlərini açıqlayıb

Səudiyyə şahzadəsi 5 milyard dollarlıq investisiyanın istiqamətlərini açıqlayıb

DÜNYA
536

Mənzil yalnız son məqsəd kimi deyil, insanların təhlükəsizliyini, sabitliyini və ləyaqətini təmin edən fundamental baza kimi qiymətləndirilməlidir.

Fins.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı şahzadəsi, Lamiya bint Məcid Əl Səud Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Mənzilin sosial və iqtisadi gücü” panelində çıxışı zamanı bildirib.

O qeyd edib ki, rəhbərlik etdiyi “Alwaleed Philanthropies” fondu təxminən 45 ildir müxtəlif ölkələrdə mənzil və humanitar layihələrin icrası ilə məşğuldur və bu müddətdə 1,2 milyon mənzil vahidi təmin edilib.

Şahzadənin sözlərinə görə, fond tərəfindən insan inkişafı və humanitar təşəbbüslərə ümumilikdə 5 milyard dollardan çox investisiya yatırılıb və bu layihələr yalnız yaşayış təminatı ilə məhdudlaşmır, eyni zamanda ailələrin iqtisadi və sosial baxımdan güclənməsinə xidmət edir.

O bildirib ki, BMT İnkişaf Proqramı (UNDP), BMT Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) və Səudiyyə Ərəbistanının Kral Salman adına Humanitar Yardım Mərkəzi ilə birgə Yəməndə həyata keçirilən layihə çərçivəsində 600 yaşayış evi təqdim olunub.

Layihə yalnız mənzil tikintisi ilə məhdudlaşmayıb, eyni zamanda benefisiarlar üçün peşə hazırlığı proqramları həyata keçirilib və nəticədə təxminən 5 min nəfər məşğulluq imkanları əldə edib.

Şahzadə Lamiya bint Məcid Əl Səud vurğulayıb ki, 2030-cu ilə qədər dünya əhalisinin təxminən 60 faizi şəhərlərdə yaşayacaq və bu reallıq fonunda mənzil məsələlərinin yalnız dövlətlər tərəfindən təkbaşına həll edilməsi mümkün deyil.

Qeyd edək ki, WUF13-ün üçüncü günü Bakıda davam edir. Forum qlobal mənzil böhranı və dayanıqlı şəhər inkişafı üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsi məqsədilə keçirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Səudiyyə şahzadəsi 5 milyard dollarlıq investisiyanın istiqamətlərini açıqlayıb — Fins.az — Fins.az