
Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi Erve Renar vəzifədən ayrılıb
Fins.az - Səudiyyə Ərəbistanı milli futbol komandasının baş məşqçisi Erve Renar vəzifəsindən ayrılıb.
Fransalı mütəxəssislə müqaviləyə vaxtından əvvəl xitam verilib. O, 2024-cü ildən etibarən yığmaya rəhbərlik edirdi və komandanı DÇ-2026-nın final mərhələsinə çıxarmışdı.
Səudiyyə Ərəbistanı millisi dünya çempionatında Uruqvay, İspaniya və Kabo Verde ilə qarşılaşacaq.