
Şanxay–Moskva marşrutu üzrə konteyner daşımaları martda 8% bahalaşıb
Fins.az - 2026-cı ilin mart ayının ortalarında Şanxaydan Moskvaya 40 futluq konteynerin daşınma dəyəri artaraq orta hesabla 7,31 min dollar təşkil edib. Bu barədə Qiymət İndeksləri Mərkəzinin icmalında qeyd olunur.
Məlumata görə, son bir ayda konteyner daşımalarının qiyməti 8 faiz artıb, illik müqayisədə isə artım 15 faizə çatıb.
Ekspertlər bildirirlər ki, Rusiya konteyner bazarı qlobal logistika risklərinə həssas reaksiya verir. Yaxın Şərqdə geosiyasi vəziyyətin gərginləşməsi Çin limanlarından Novorossiysk və Sankt-Peterburq istiqamətində daşımalar üçün əlavə fövqəladə rüsumların tətbiqinə səbəb olub. Nəticədə bu marşrutlar üzrə daşınma xərcləri son üç ilin maksimum səviyyəsinə yüksəlib.