Şanxayda qasırğa səbəbindən 112 min sakin təxliyə edilib

Şanxayda qasırğa səbəbindən 112 min sakin təxliyə edilib

DÜNYA
224

Şanxayın hakimiyyət orqanları “Pulasan” qasırğası səbəbindən 112 min sakini təxliyə edib.

Finss.az xəbər verir ki, tayfun Şanxaya şiddətli yağışlar gətirib. Meteoroloji stansiyalar Pudun və Fınsyan bölgələrinə altı saat ərzində rekord miqdarda - 30 santimetrdən çox yağıntı düşdüyünü qeydə alıb. Qasırğa, həmçinin 54 qatar və 26 bərənin hərəkətinin dayanmasına səbəb olub.

Proqnozlara görə, qasırğa materik boyunca hərəkət etdikcə zəifləyə bilər.

Bu həftənin əvvəlində Şanxay son 75 ilin ən güclü tayfunu hesab edilən “Bebinka” qasırğasının təsirinə də məruz qalmışdı.

Kaira Agayeva 

Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Şanxayda qasırğa səbəbindən 112 min sakin təxliyə edilib — Fins.az — Fins.az