Sakuranın çəhrayı çiçəkləri altında

Sakuranın çəhrayı çiçəkləri altında

DÜNYA
222

Fins.az - Yaponiyada yazın erkən çağları ağ, çəhrayı və sarı rəngli sakura çiçəkləri ilə bəzənmiş bağları cənnət mənzərəsi yaradır. Sakura ağacı uzunömürlü olsa da, çiçəklərinin ömrü çox qısadır – bəzən yalnız bir neçə gün, maksimum iki həftə ərzində açır. “Gündoğar ölkə”nin sakinləri üçün bu çiçəklər ömrün gözəl, qısa və fani olmasının rəmzidir.

Bakının Xətai rayonundakı Heydər Əliyev parkındakı “Yapon bağı”na gələnlər, Hanami – “çiçəkləyən sakura bayramı”nın təəssüratını yaşayırlar. Yaponiyada çiçəkləyən sakuraya tamaşa etmək ən gözəl və zövqlü əyləncə sayılır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sakuranın çəhrayı çiçəkləri altında — Fins.az — Fins.az