
Şahzadə Harri və Meqan Markl Böyük Britaniyaya səfər edəcək
Fins.az - Şahzadə Harri və Meqan Markl gələn ay övladları ilə birlikdə Böyük Britaniyayə səfər edəcəklər.
Məlumata görə, Sasseks hersoqu və hersoginyası 7 yaşlı Arçi Mountbatten-Windsor və 5 yaşlı Lilibet Mountbatten-Windsor ilə birlikdə səfərdə olacaqlar.
Səfərin “Invictus Games” yarışlarının başlanmasının bir illiyi ərəfəsinə təsadüf edəcəyi bildirilir.