“Sabah” yarımfinala inamlı qələbə ilə başlayıb

“Sabah” yarımfinala inamlı qələbə ilə başlayıb

DÜNYA
313

Fins.az - Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start verilib.

Günün yeganə qarşılaşmasında “Gəncə” ilə üz-üzə gələn “Sabah” inamlı çıxış nümayiş etdirərək 95:67 hesablı qələbə qazanıb. Bakı təmsilçisi oyun boyu üstünlüyü qoruyaraq mərhələyə uğurlu başlanğıc edib.

Yarımfinalın digər oyunu sabah keçiriləcək. Bu görüşdə “Abşeron Lions” komandası “Neftçi” ilə qarşılaşacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Sabah” yarımfinala inamlı qələbə ilə başlayıb — Fins.az — Fins.az