Rusiyadan idxal olunan dəniz məhsullarında koronavirus tapıldı

Rusiyadan idxal olunan dəniz məhsullarında koronavirus tapıldı

DÜNYA
594

Rusiyadan Çinə idxal olunan yeyinti məhsullarında koronavirus aşkarlanıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Səlahiyyətli şəxslər 24-31 avqust tarixləri arasında Cinin əyalətinə göndərilən Kalmar paketlərindən alanların və istifadə edənlərin koronavirus testindən keçməsi üçün çağırış edib.

Çin gömrüyü ötən cümə günü verdiyi açıqlamada dondurulmuş qida məhsullarında koronavirusa rast gəlinəcəyi təqdirdə şirkətlərin idxalının 1 həftə dayandırılacağını açıqlamışdı.

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un qida və ya qida paketləri yolu ilə yayıldığına dair heç bir sübut olmadığını bildirir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rusiyadan idxal olunan dəniz məhsullarında koronavirus tapıldı — Fins.az — Fins.az