
Rusiyada parlament seçkilərində 11 siyasi partiya iştirak edəcək
Fins.az - Rusiyada 2026-cı ilin sentyabrında keçiriləcək Dövlət Dumasına seçkilər üzrə federal seçki bülletenində ümumilikdə 11 siyasi partiya təmsil olunacaq.
Bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova qurumun iclasında məlumat verib.
Onun sözlərinə görə, seçki bülletenində yer alacaq partiyaların siyahısı müəyyənləşdirilib və seçki prosesi qanunvericiliyin tələblərinə uyğun şəkildə davam etdirilir.