Rusiyada paralel idxalın həcmi ilin sonunadək sabit qalacaq

Rusiyada paralel idxalın həcmi ilin sonunadək sabit qalacaq

DÜNYA
332

Fins.az - Rusiyada paralel idxalın aylıq həcmi 1–1,5 milyard dollar səviyyəsində sabitləşib və bu göstəricinin 2026-cı ilin sonunadək qorunacağı gözlənilir.

Bunu ölkənin sənaye və ticarət naziri bildirib. Onun sözlərinə görə, bir sıra məhsullar artıq ölkə daxilində istehsal olunur və buna görə paralel idxala maraq azalsa da, bəzi kateqoriyalar üzrə bu mexanizm hələ də актуallığını saxlayır.

Məlumata əsasən, 2026-cı ilin yanvar ayında paralel idxalın həcmi təxminən 1 milyard dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2025-ci ildə aylıq orta göstərici 1,9 milyard dollar, illik ümumi həcm isə 23,1 milyard dollar olub.

Beləliklə, paralel idxalın həcmi əvvəlki illə müqayisədə azalsa da, tam ləğvi hələlik gündəmdə deyil.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rusiyada paralel idxalın həcmi ilin sonunadək sabit qalacaq — Fins.az — Fins.az