Rusiyada ali təhsildə süni intellekt üzrə məcburi modullar tətbiq oluna bilər

Rusiyada ali təhsildə süni intellekt üzrə məcburi modullar tətbiq oluna bilər

DÜNYA
157

Fins.az - Rusiya Təhsil və Elm Nazirliyi ali təhsilin yeni modeli çərçivəsində süni intellekt (Sİ) üzrə iki məcburi modulun tətbiqini təklif edib.

Təklifə əsasən, bütün tələbələr ixtisasından asılı olmayaraq baza süni intellekt modulu keçməli olacaqlar. Bundan əlavə, peşəkar modul konkret ixtisas sahələrində – mühəndislik, tibb, hüquq, iqtisadiyyat, tarix və digər istiqamətlərdə Sİ texnologiyalarının tətbiqinə həsr ediləcək.

Nazirliyin məlumatına görə, baza modulunun sınaqdan keçirilməsi 17 pilot universitetdə həyata keçirilməsi planlaşdırılır.

Layihənin məqsədi tələbələrin süni intellekt sahəsində əsas biliklərə yiyələnməsini və bu texnologiyaların müxtəlif peşə istiqamətlərində tətbiqini öyrənməsini təmin etməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rusiyada ali təhsildə süni intellekt üzrə məcburi modullar tətbiq oluna bilər — Fins.az — Fins.az