
Rusiya VK tətbiqlərinin App Store-dan silinməsi ilə bağlı FAS-a müraciət edib
Fins.az - Rusiya Rəqəmsal İnkişaf Nazirliyi Apple şirkətinin VK tətbiqlərini App Store platformasından silməsini qeyri-sağlam rəqabətin təzahürü kimi qiymətləndirib.
Nazirlik bu məsələ ilə bağlı Federal Antiinhisar Xidmətinə (FAS) müraciət edərək Apple-ın Rusiya antiinhisar qanunvericiliyinin tələblərinə əməl edib-etmədiyinin araşdırılmasını istəyib.
Qurumun açıqlamasında qeyd olunur ki, VK tətbiqlərinin silinməsi xarici platformaların maraqlarının qorunmasına yönəlmiş addım kimi qiymətləndirilir.
Bundan əlavə, nazirlik Apple-ın Rusiyada istifadəçilərə standart axtarış sistemini seçmək imkanı verilməsi və yerli tətbiq mağazasının cihazlarda öncədən quraşdırılması ilə bağlı qanunvericilik tələblərini tam yerinə yetirmədiyini bildirib.