
Rusiya tibbi maskaların ölkədən çıxarılmasını qadağan etdi
Rusiya hökuməti bir sıra məhsulların ölkədən çıxarılmasının müvəqqəti olaraq qadağan edilməsi ilə bağlı qərar verib.
Fins.az xəbər verir ki, qərar Rusiyanın Nazirlər Kabinetinin saytında dərc edilib.
Koronavirus infeksiyasının geniş yayılması ilə əlaqədar qəbul edilmiş qərara qoruyucu maska, dezinfeksiyaedici və virusa qarşı maddələr, qoruyucu respirator və gözlüklər, baxillər və digər tibbi ləvazimatlar daxil edilib.
Qeyd edilir ki, yasaq humanitar yardım və vətəndaşların birdəfəlik şəxsi istifadəsi üçün çıxarılan məhsullara şamil edilmir.
Sənəddə qadağanın iyunun 1-dək qüvvədə qalacağı bildirilir.
Rusiyada indiyədək 3 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Onların 2 nəfər sağalıb.